Gömrükdə qanunsuz siqaretlər aşkarlanıb

Gömrükdə qanunsuz siqaretlər aşkarlanıb
  30 Sentyabr 2019    Oxunub:1536
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “VAZ-21144” markalı minik maşını ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə “Buran” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin salonunda və yük yerində 1000 ədəd “Marlboro” və 2000 ədəd “Parliament” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük   Komitə   Siqaret  





Xəbər lenti