Zelenski ABŞ-a rəsmi səfərə hazırlaşır

  30 Sentyabr 2019    Oxunub : 5105
Zelenski ABŞ-a rəsmi səfərə hazırlaşır
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a rəsmi səfərə hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə onun köməkçisi Andrey Yermak məlumat verib.

"Rəsmi səfərlə bağlı cədvəl hazırlayırıq və tapşırıqları yerinə yetiririk",- deyə açıqlamasında Yermark bildirib. O, səfərin tarixini elan etməyib.

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker isə qeyd edib ki, Kiyev və Vaşinqton Zelenskinin ABŞ-a səfər tarixini razılaşdırır, yaxın zamanlarda vaxt məlum olacaq. ABŞ və Ukrayna prezidentlərinin görüşündə əsasən təhlükəsizlik məsələlərinin müzakirə olunacağı bildirilir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ   Ukrayna