Britaniyadan Rusiya və Çinə müharibə xəbərdarlığı
“Hərbi əməliyyatların dəyişən xarakteri sülh və müharibə arasındakı sərhədlərin bulanıq olduğunu göstərir. Ona görə ki, böyük dövlətlərin rəqabəti, qeyri-dövlət strukturları ilə mübarizə ideyası bizi hər gün təhdid edir".
Generalın sözlərinə görə, hazırda əsas təhlükə informasiya məkanı ilə əlaqədardır. Burada söhbət Rusiya və Çin ərazisindən edilən kiberhücumlardan gedir.
Karter çıxışında Britaniyanın rəqiblərinin istənilən hərəkətini cavabsız qoymayacağına söz verib.
Qeyd edək ki, Rusiya və Çin tərəfi isə iddiaları rədd edir.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: BöyükBritaniya