İrəvan məhkəməsi sabiq nazirin həbsinə qərar verdi

  30 Sentyabr 2019    Oxunub : 1580
İrəvan məhkəməsi sabiq nazirin həbsinə qərar verdi
İrəvan məhkəməsi Ermənistanın keçmiş maliyyə naziri, Dövlət Gəlirlər Komitəsinin sabiq rəhbəri Qaqiq Xaçatryanın həbsdə saxlanılmasına qərar verib.
Azvision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında vəkil Yerem Sarkisyan bildirib. Onun sözlərinə görə, məhkəmə keçmiş məmurun sərbəst buraxılması ilə bağlı tələbi rədd edib.

Qeyd edək ki, Xaçatryan külli miqdarda korrupsiya və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. O, sabiq prezident Serj Sarkisyanın əsas kadrlarından biri olub. 2008-2018-ci illərdə iqtidar komandasında yer alıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ermənistan