Bakıda qadın doğuş zamanı öldü - Səbəb açıqlandı

 Bakıda qadın doğuş zamanı öldü -   Səbəb açıqlandı
  30 Sentyabr 2019    Oxunub:2766
Bakı şəhəri Nizami rayonu, 7 saylı doğum evində ana ölümü baş verib.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Azvision.az -a açıqlamasında bildirib ki, hadisə ötən gün qeydə alınıb.
“Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı 39 həftə 4 gün hamiləlik diaqnozu ilə doğum evinə gətirilib. Qadın Lerik rayon sakini olub, amma Bakıda qeydiyyatdadır. İlkin məlumat əsasən, ana qanaxmadan ölüb. Ananın təkrar doğuşu olub. Sənədlər təqdim olunduqdan sonra daha ətraflı məlumat vermək mümkün olacaq”, - S.Məmmədova qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Doğuş   Ana   Ölüm  





Xəbər lenti