Qubada qazın verilişində fasilələr olacaq

Qubada qazın verilişində fasilələr olacaq
  30 Sentyabr 2019    Oxunub:1722
Sentyabrın 30-da səhər saat 09:30-dan Quba şəhəri, M.Əcəmi küçəsində yeni çəkilmiş qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Alekseyevka kəndində isə qaz xətlərində aşkar olunmuş qaz sızmaları ləğv olunacaq.

Bundan başqa Quba şəhəri, H.Əliyev prospekti ünvanında və rayonun 2-ci Nügədi kəndində abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yeri dəyişdiriləcək.

Ona görə də rayonun mərkəzi və bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilələr olacaq.


Azvision.az


Teqlər: Qaz  





Xəbər lenti