YAP: “EL” Hərəkatının yaranmasının nə mənası var ki?”

YAP:  “EL” Hərəkatının yaranmasının nə mənası var ki?”
  12 Mart 2013    Oxunub:1240
“EL” Hərəkatı elin heç sıfır tam milyonda birini də öz ətrafına yığa bilməyəcək
AzVision.az-a açıqlamasında bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

“EL” Hərəkatı Yaradılsın. Adı el olsun, nə qoyurlar qoysunlar. İndi bunun yaranmasının nə mənası var ki?”

Millət vəkili ““El” Hərəkatının məqsədi siyasi müstəvidə olan boşluğu doldurmaqdır” məsələsinə də münasibət bildirib: “O boşluq onlara görədir. Azərbaycanda heç bir siyasi boşluq yoxdur. Hər şey qaydasındadır. Müxalifət, iqtidar kimdir, o da bəllidir. Hər kəsin öz sosial bazası var. İndi bunlar da ortaya çıxıblar, yəqin həmin radikal müxalifətin sosial bazasından iki-üç adam götürürlər. 5-6 adam yığışarlar, bununla da bitər. Amma elin heç sıfır tam milyonda birini də öz ətrafına yığa bilməzlər”.

Qeyd edək ki, bu gün hərəkatın ofisində “EL” Hərəkatı rəsmən elan olunub. Hərəkatının Təşəbbüs Qrupu yaradılıb və Eldar Namazov onun sədri seçilib.

Sevinc İLTİFATQIZI



Teqlər:  





Xəbər lenti