Turizmin inkişafı üçün İstanbul modeli tətbiq olunacaq

   Turizmin inkişafı üçün İstanbul modeli tətbiq olunacaq
  29 Sentyabr 2019    Oxunub:2665
“Dünya ölkələrinin təcrübəsi göstərir ki, turizmin inkişafı daha çox fondlar və turizm bankları vasitəsilə mümkün olub”

Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov deyib.
Onun sözlərinə görə, İstanbulda turizm bankı vasitəsilə bu sahədə çalışanlara çox aşağı faizli kreditlər verilib. Həmin kreditlər sayəsində turizm inkişaf edib:

“Fikrimiz odur ki, sahibkarların gələcəkdə kreditlərə çıxışını asanlaşdıraq. Bu, əsasən kiçik və orta sahibkarlar üçün vacibdir. Ümumilikdə, hesab edirik ki, ölkədə otel sənayesinə investisiya qoymaq üçün kifayət qədər investorlar var, sadəcə müəyyən müddət gözləmə mövqeyi sərgiləyirlər. Agentliyin turizmlə bağlı görəcəyi işlər investorların qərarlarında əsas rol oynayacaq. Ölkədə turist sayı artacaqsa, tələb qalxacaqsa, təklif də adekvat cavab verəcək. İnvestisiya gələcək və nəticədə otel sənayesi iştirak edəcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: Turizm   Agentlik  





Xəbər lenti