İndoneziyada zəlzələ qurbanlarının sayı artıb

İndoneziyada zəlzələ qurbanlarının sayı artıb
  29 Sentyabr 2019    Oxunub:5415
İndoneziyada baş vermiş zəlzələdə ölənlərin sayı 30-a çatıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Qarşısının Alınması İdarəsi məlumat yayıb. Bildirilib ki, zəlzələ zamanı 156 nəfər xəsarət alıb, 25 min insan yaşadığı evi tərk etməyə məcbur olub.

Qeyd edək ki, sentyabrın 26-da Maluku əyalətində 6,5 bal gücündə zəlzələ baş verib. Yerlatı təkanlar nəticəsində iki universitet, iki xəstəxana binası, bir körpü və 100-dən çox evə ziyan dəyib.

Azvision.az



Teqlər: İndoneziya   Zəlzələ  





Xəbər lenti