Türkiyədə kütləvi zəhərlənmə - 143 hərbçi xəstəxanalıq oldu

 Türkiyədə kütləvi zəhərlənmə -  143 hərbçi xəstəxanalıq oldu
  29 Sentyabr 2019    Oxunub:2206
Türkiyədə hərbçilər arasında kütləvi zəhərlənmə olub.

Azvision.az xəbər verir ki, hadisə Sakarya vilayətində yerləşən hərbi hissədə qeydə alınıb. Kütləvi zəhərlənmə nəticəsində 143 hərbçi xəstəxanaya aparılıb.
Onlardan 63 nəfəri ilkin müayinədən sonra hərbi hissəyə qaytarılıb, 73 hərbçi tibbi nəzarətə götürülüb, 7-nin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.

Kütləvi zəhərlənmənin axşam yeməyində qəbul edilən qidadan baş verdiyi bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Türkiyə   Zəhərlənmə   Hərbi-Hissə  





Xəbər lenti