Bu günə yağış, güclü külək gözlənilir
Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Azərbaycan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlard, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz gəlincə, sentyabrın 29-da Abşeron yarımadasında dəyişkən hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azvision.az
Teqlər: