“Co Bayden Ukraynaya bir milyard dollar vəd edib” - Tramp video yaydı

 “Co Bayden Ukraynaya bir milyard dollar vəd edib” -  Tramp video yaydı
  28 Sentyabr 2019    Oxunub:1787
ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident Co Baydeni və Demokratlar Partiyasını sərt tənqid edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Trampın sosial şəbəkədə paylaşdığı, "mən bu bataqlığı qurudacağam" başlıqlı video Baydenin oğlunun rəhbərlik etdiyi şirkətin fəaliyyətini araşdıran Ukraynanın sabiq baş prokurorunun işdən çıxarılması ilə bağlı qalmaqala həsr olunub.

"Co Bayden oğlunun şirkətinin işini araşdıran baş prokurorun işdən çıxarılması üçün Ukraynaya bir milyard dollar vəd edib. Lakin Tramp Ukraynadan bunu korrupsiyaya görə araşdırmağı istəyəndə, demokratlar impiçmenti başlatmaq qərarına gəldilər. Demokratlar seçkini uduzdular və indi isə bunları saxtalaşdırmaq istəyirlər. Onlara imkan verməyin ”,-deyə Tramp video-müraciətində bildirib.

Qeyd edək ki, demokratlar Nümayəndələr Palatasında Trampa qarşı impiçment kampaniyasına başlayıblar. Onlar ABŞ prezidentini siyasi rəqibini gözdən salmaq məqsədilə xarici dövlətdən seçkilərə müdaxilə etmək üçün kömək istəməkdə ittiham edirlər. Tramp isə iddiaları tamamilə rədd edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tramp  





Xəbər lenti