5 nəfərin öldüyü qəza ilə bağlı rəsmi məlumat

  28 Sentyabr 2019    Oxunub : 870
5 nəfərin öldüyü qəza ilə bağlı rəsmi məlumat
Daxili İşlər Nazirliyi Göygöldə 5 nəfərin ölməsi ilə nəticələn yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 27-də saat 23 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Bayram İbrahimzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili qarşıda gedən Ağsu rayon sakini Ş.Bədəlovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinə vurub.

Nəticədə B.İbrahimzadə və sərnişinləri - Zamiq Mahmudov, Qüdrət Atakişiyev, Tural İbrahimov və Oruc Hüseynov hadisə yerində ölüblər. Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN