Kür çayına 400 minədək balıq buraxılacaq

Kür çayına 400 minədək balıq buraxılacaq
  28 Sentyabr 2019    Oxunub:1342
Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, təşkil olunan mərasimdə millət vəkili Qənirə Paşayeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Kür çayının sahilində keçirilən tədbirdə bir neçə saat ərzində çəkisi 100 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsilə çaya ötürülüb.

2019-cu ilin sonunadək, ümumilikdə, 400 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarının əhalinin tələbatına uyğunlaşdırılmasına dəstək vermək və balıq ehtiyatlarının qorunmasının zəruriliyini təşviq etməkdir.

ETSN vətəndaşlara müraciət edir ki, balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etsinlər, min bir əziyyətlə yetişdirilmış balıq körpələrinin su hövzələrində böyüyüb təbiətimizə, insanlara fayda verməsi üçün həyata keçirilən mühafizə tədbirlərinə, sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək versinlər.

Azvision.az



Teqlər: ETSN   Balıq  





Xəbər lenti