Ukrayna XİN Qarabağla bağlı çağırış etdi

 Ukrayna XİN Qarabağla bağlı çağırış etdi
  28 Sentyabr 2019    Oxunub:3194
Ukrayna Xarici İşlər Nazirliyi vətəndaşlarına Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməmələri barədə müraciət edib.
Ukrayna XİN bu gün rəsmi saytında yaydığı məlumatda bir daha ölkə vətəndaşlarına xarici dövlətlərə səfər edərkən diqqətli olmalarını xatırladıb.

“Ukrayna Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı olaraq dəstəkləyir. Azərbaycan dövlətinin icazəsi olmadan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən hər bir ukraynalı bu ölkənin qanunvericiliyinə əsasən inzibati və cinayət məsuliyyəti daşıyır”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən uzun illərdir işğal altında saxlanılır. (AzərTAc)

Azvision.az



Teqlər: Ukrayna   XİN   Qarabağ  





Xəbər lenti