Bakıda “küçə sənətçiləri”nin seçiminə başlanılır

   Bakıda “küçə sənətçiləri”nin seçiminə başlanılır
  27 Sentyabr 2019    Oxunub:2227
Gələn həftə Bakıda küçə sənətçilərinin seçimi keçiriləcək.

Bunu Azvision.az -a açıqlamasında Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov bildirib. Onun sözlərinə görə, küçə sənətçiləri 5 dövlət qurumu tərəfindən seçiləcək.
“Bunlar Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “İçərişəhər” Dövlət-Tarixi Memarlıq Qoruq İdarəsi, Dənizkənarı Bulvar İdarəsi və bizim qurumdur. “Küçə sənətçiləri” layihəsində iştirak etmək üçün 15-20 nəfər müraciət edib. Onların çıxışlarına, bacarıqlarına baxılıb rəy veriləcək və onlar dövlət tərəfindən bizə təklif edilən yerlərdə çıxış edəcəklər. Sənəd qəbulu sentyabrın 30-a qədər davam edəcək. Müraciət edənlər arasında musiqiçilər, janqlyorlar və rəqqaslar var”.



R.Bağırov qeyd edib ki, küçə sənətçiləri üçün dövlət tərəfindən 20-25 yer ayrılıb, seçim həmin yerlərə uyğun aparılacaq: “Əgər təlabat olarsa, əlavə yerlərin ayrılması üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə, Dənizkənarı Bulvar İdarəsinə və “İçərişəhər” Dövlət-Tarixi Memarlıq Qoruq İdarəsinə müraciət edəcəyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Küçə   Musiqiçi   Seçim  





Xəbər lenti