Sabah Rəşad Atakişiyevin qırx mərasimi keçiriləcək

  27 Sentyabr 2019    Oxunub : 1885
Sabah Rəşad Atakişiyevin qırx mərasimi keçiriləcək
Sabah Hərbi Hava Qüvvələrinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qırx mərasimi keçiriləcək.
Azvision.az xəbər verir ki, bununla əlaqədar pilotun II Fəxri Xiyabanda məzarı ziyarət olunacaq. Daha sonra Heydər məscidində yas mərasimi təşkil ediləcək.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Şəhid   Pilot   RəşadAtakişiyev