General nöqsanların aradan qaldırılmasını tapşırdı

  27 Sentyabr 2019    Oxunub : 1250
General nöqsanların aradan qaldırılmasını tapşırdı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) aparatında 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar qurumun müvafiq strukturlarının, yerli idarə, şöbə və bölmələrinin rəislərinin iştirakı ilə xidməti müşavirə keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, SHXÇDX-nın rəisi, general-leytenant Arzu Rəhimov müşavirədə Xidmət tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış edib. İdarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib.

Xidmət rəisi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələləri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi ilə əlaqədar çağırış prosesinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, çağırışçıların öyrənilməsi və tibbi şəhadətləndirilməsinin yüksək səviyyədə təşkil olunması istiqamətində görülmüş işləri, həmçinin qarşıda duran vəzifələri bir daha diqqətə çatdırıb.

General-leytenant Arzu Rəhimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması və çağırılması, təntənəli yolasalma tədbirlərinin mütəşəkkil qaydada həyata keçirilməsi və çağırışçıların təyin olunduqları hərbi hissələrə təlimata müvafiq qaydada çatdırılması ilə bağlı tapşırıqlar verib.

Müşavirənin yekununda Xidmət rəisi vətəndaş məmnunluğunun təmin olunmasının, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasının, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin müvəffəqiyyətlə davam etdirilməsinin, nöqsanların aradan qaldırılmasının və neqativ hallara qarşı bundan sonra da kəskin mübarizə aparılmasının zəruriliyini xüsusi vurğulayıb.

Azvision.az

Teqlər: SHXÇDX