“İnstagram”da tanış olduğu şəxsi şantaj edən tutuldu

“İnstagram”da tanış olduğu şəxsi şantaj edən tutuldu
  27 Sentyabr 2019    Oxunub:1483
Sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron RPİ-yə ərizə ilə müraciət edib sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb.

RPİ-də araşdırma aparılır.


Azvision.az


Teqlər: Şanatj   DİN  





Xəbər lenti