ASANçılar işdə belə istirahət edirlər - FOTOLAR

ASANçılar işdə belə istirahət edirlər -  FOTOLAR
  27 Sentyabr 2019    Oxunub:4298
Ötən ilin noyabr ayında fəaliyyətə başlayan İmişli “ASAN xidmət” mərkəzi İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərir.
Azvision.az xəbər verir ki, burada çalışan əməkdaşların asudə vaxtının səmərəli təşkil olunması üçün guşə yaradılıb. Belə ki, İmişli “ASAN xidmət”in işçiləri onlar üçün yaradılan şəraitdən istifadə edərək asudə vaxtlarında müxtəlif oyunlar oynaya, istirahət edə bilərlər.

Qeyd edək ki, “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

İmişli “ASAN Həyat” kompleksinin ərazisində əhalinin və əməkdaşların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə park, diskoteka, uşaq meydançası, fəvvarə və oturacaqlar, paintball sahəsi də mövcuddur.











































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: ASANHəyat   ASANxidmət   İmişli  





Xəbər lenti