Sumqayıtda keçmiş məhkum qətlə yetirilib

Sumqayıtda keçmiş məhkum qətlə yetirilib
  27 Sentyabr 2019    Oxunub:1677
Sentyabrın 25-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti