İsraildə Azərbaycan mahnıları səsləndirildi

İsraildə Azərbaycan mahnıları səsləndirildi
  27 Sentyabr 2019    Oxunub:1749
İsrailin Kiryat Bialik şəhərindəki “Qan Miryam” klubunda Roş-Ha-Şana bayramına həsr olunmuş konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, Azərbaycandan gələn repatriantların da qatıldığı konsertdə soydaşımız Kameliya Yoffenin ifasında görkəmli sənətkarlar Rəşid Behbudovun, Müslüm Maqomayevin və Polad Bülbüloğlunun repertuarlarından mahnılar səsləndirilib. Mahnılar hətta Azərbaycan dilini bilməyən tamaşaçılarda da böyük maraq doğurub.

Qeyd edək ki, yeni il adlanan və mənəvi sağlığa qovuşmağa çağıran Roş-Ha-Şana bayramı Qubanın Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri tərəfindən də qeyd olunur. Onlar bayramın ilk günündə sinaqoqa gedir, mənəvi saflıq qazanmaq və uğurlu ilə qədəm qoymaq niyyəti ilə səhər və axşam saatlarında bayram ibadəti edirlər.

Azvision.az



Teqlər: Komitə   Mahnı   İsrail  





Xəbər lenti