ABŞ-da bir ildə 6 min hərbçi intihar edib

ABŞ-da bir ildə 6 min hərbçi intihar edib
  27 Sentyabr 2019    Oxunub:2005
Son 10 ildə ABŞ-da 60 mindən çox sabiq hərbçi intihar edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilərlə bağlı hesabatda il ərzində 6 mindən çox, hər gün təxminən 16 keçmiş ordu üzvünün intihar etməsi qeyd olunub.

Bildirilir ki, hərbçilər arasında intihar rəqəmi əhalinin özünə qəsd edən digər üzvlərindən 1,5 dəfə çoxdur. Müharibələr hərbçilərin psixoloji və fiziki sağlamlığına ciddi zərər vurur. Bu da onların ağır dərmanlardan istifadə etməsinə səbəb olur.

Azvision.az



Teqlər: ABŞ   İntihar   Hərbçi  





Xəbər lenti