Gəncədə 294 kq yararsız ət aşkarlanıb - FOTO

   Gəncədə 294 kq yararsız ət aşkarlanıb -    FOTO
  26 Sentyabr 2019    Oxunub:2361
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Azvision.az xəbər verir ki, növbəti belə tədbir sentyabrın 26-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Gəncə şəhərində keçirilib.

Gəncə şəhər sakini A.Səmədovun Kəpəz rayonu Gülçülük yaşayış massivində yerləşən heyvandarlıq təsərrüfatına baxış zamanı oradan çirklənmiş, istifadəyə tam yararsız vəziyyətdə olan 294 kiloqram çəkidə inək əti aşkar edilərək götürülmüşdür.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.



Azvision.az


Teqlər: AQTA   İnək-əti   Gəncə  





Xəbər lenti