Türkiyədə Heydər Əliyevin xatirəsi anılıb

Türkiyədə Heydər Əliyevin xatirəsi anılıb
  09 Dekabr 2013    Oxunub:1167
Türkiyənin Eskişehir şəhərində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb.
Heydər Əliyev Fondunun mətbuat xidmətindən AzVision.az-a verdiyi məlumata görə, Fondun Türkiyə təmsilçiliyi və Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Türkiyənin Eskişehir şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri və anma mərasimi keçirilib.

Eskişehirin 19 May Gənclik mərkəzində keçirilmiş şahmat turnirində Ankara, İstanbul, İzmir, Bursa və Eskişehirdəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Turnirin qaliblərinə mükafatları Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin nümayəndəsi Ramil Ağayev və Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın veriblər.

Ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü münasibətilə Eskişehir Anadolu Universitetində keçirilmiş mərasimdə şəhər valiliyi və bələdiyyəsinin nümayəndələri, azərbaycanlı tələbə və müəllimlər iştirak ediblər.

Eskişehirdəki Osman Qazi Universitetinin professoru Tamilla Əliyeva tələbələr qarşısında Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.


Teqlər:





Xəbər lenti