Rusiya ABŞ üçün “sürpriz” hazırlayır

 Rusiya ABŞ üçün “sürpriz” hazırlayır
  26 Sentyabr 2019    Oxunub:1732
Rusiya XİN rəhbəri Sergey Lavrov onun rəhbərlik etdiyi nümayəndə heyətinin bəzi üzvlərinə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında iştirak etmək üçün ABŞ-ın viza verməməsinə münasibət bildirib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, xarici işlər nazirinin sözlərinə görə, ABŞ-a bu məsələ ilə əlaqədar mütləq cavab veriləcək.

"Cavab olacaq. Biz tədbirlər görürük. Bizi surpriz imkanından məhrum etməyin".

Xatırladaq ki, ABŞ Rusiya nümayəndə heyyətininn 10 üzvünə BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak üçün viza verməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Lavrov   Rusiya   ABŞ  





Xəbər lenti