Metroda soyğunçuluq edən şəxslər tutulub

  26 Sentyabr 2019    Oxunub : 1367
Metroda soyğunçuluq edən şəxslər tutulub
Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 25-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında şəxsiyyəti məlum olmayan üç nəfər Sabirabad rayon sakini H.Bağırlını aldadıb mobil telefonunu alıb. Metropolitendə polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini M.Səmədov, Ağdam rayon sakinləri E.Bəşirov və C.Mustafayev yaxalanıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 26-da Biləcəri qəsəbəsindəki mağazaların birindən 1000 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakini F.Şirinov saxlanılıb.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq   Cinayət   Metro