“Kiyevə tankla yox, traktorla gedəcəyəm” - Lukaşenkodan maraqlı açıqlama

“Kiyevə tankla yox, traktorla gedəcəyəm” -  Lukaşenkodan maraqlı açıqlama
  26 Sentyabr 2019    Oxunub:1798
"Mən Kiyevə tankla deyil, traktorla gedəcəyəm".

Azvision.az "RİA Novosti" yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Ukraynanın KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.
"Onlar (sabiq pezident Pyotr Poroşenko və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov) bildirdilər ki, Ukraynaya Belarusdan hücum olacaq və iki cəbhədə vuruşmaq lazım gələcək. Siz mənim mövqeyimi bilirsiniz, mən onda zarafatla dedim: bilirsiniz ki, mən Kiyevə tankda gəlməyəcəm. Əgər gəlsəm, ancaq traktorla gələcəyəm. Biz əvvəldən dinc mövqe tutduq", - deyə Lukaşenko qeyd edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Belarus   Ukrayna  





Xəbər lenti