“Həmsədrlər Paşinyanın bəyanatlarını rədd edirlər” - Fərid Şəfiyev

 “Həmsədrlər Paşinyanın bəyanatlarını rədd edirlər” -  Fərid Şəfiyev
  26 Sentyabr 2019    Oxunub:2169
ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı sentyabrın 25-də verdikləri bəyanat göstərir ki, onlar Ermənistan baş naziri Nikol Paşinyanın populist bəyanatlarını rədd edirlər.

Azvision.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
O bildirib ki, həmsədrlər yaydıqları bəyanatda danışıqların nəticəsini əvvəlcədən müəyyən edən təxribatçı ritorikanı qəbul etmədiklərini bildiriblər:

"Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il avqustun 5-də Xankəndidə səsləndirilən bəyanatlara və ümumilikdə Ermənistan rəhbərliyinin bu kimi digər bəyanatlarına verdikləri ilk rəsmi reaksiyadır. Həmsədrlər ümumi açıqlamalarında təmas xəttində baş verən son itki ilə bağlı təəssüf etdiklərini bildirərək, sentyabrın 22-də azərbaycanlı hərbçinin öldürülməsini pisləyiblər. Beləliklə, həmsədrlərin Ermənistan tərəfinin hərəkətlərinə mənfi münasibət göstərdikləri ilə bağlı ümumi nəticəyə gələ bilərik. Lakin bir sual yenə də açıq qalır - bütün bunlar danışıqların gələcəyinə necə təsir edəcək?".

Azvision.az



Teqlər: FəridŞəfiyev   Paşinyan   Həmsədrlər  





Xəbər lenti