Satışa çıxarılan yenot Altıağac Milli Parkına təhvil verilib
"Araşdırma zamanı “Təzə Bazar”da 1 yenot, 4 kirpi və 2 tısbağanın satıldığı müəyyən edilib və heyvanlar satışdan çıxarılıb. Satışla məşğul olan şəxsin kimliyinin müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi üçün Nəsimi Rayon Polis İdarəsinə müraciət olunub", - İ.İbrahimova bildirib.
Mətbuat katibi yenotun ETSN-in Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verildiyini qeyd edib: "Yenot baytar həkimlər tərəfindən müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq. Digər heyvanlar isə vəhşi təbiətə buraxılıb".
İ.İbrahimova Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından təbiətə və heyvanlara həssas münasibət göstərdiklərinə görə ictimaiyyət nümayəndələrinə və bütün təbiət sevənlərə təşəkkür edib.
Azvision.az
Teqlər: ETSN