Dövlət Gömrük Komitəsindən
Azvision.az -a verilən məlumata görə, əl yüklərinə gömrük baxışı zamanı əl çantası və çamadanın içərisində gömrük nəzarətinə bəyan olunmayan, üzərindəki qaşları ilə birlikdə ümumi təqribi çəkisi 95 qram olan qızıl-zinət əşyaları - 5 ədəd sırğa, 2 ədəd klon, 1 ədəd qolbaq, 1 ədəd qol saatı, 1 ədəd boyunbağı, 2 ədəd üzərində "Maktain 222046" və "Maktain 222043" yazıları əks olunan qol saatları aşkarlanıb.
Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zamanı onun sinə nahiyəsində salfetə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən, qaşları ilə birlikdə ümumi təqribi çəkisi 57 qram olan qızıl-zinət əşyaları - 3 ədəd üzük, 1 ədəd sırğa, 2 cüt üzük-sırğa dəsti aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az