“İslahatlar daha da dərinləşəcək” - XİN rəhbəri

 “İslahatlar daha da dərinləşəcək” -    XİN rəhbəri
  25 Sentyabr 2019    Oxunub:2114
"İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətimizin əsas uzunmüddətli hədəflərindəndir. Milli iqtisadiyyatın inkişafı üçün strateji yol xəritələri iqtisadi islahatları daha da dərinləşdirəcək"
Azvision.az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-da keçirilən “II Xəzər Biznes Forumu”nda çıxışı zamanı deyib.

Nazir bildirib ki, həmin islahatlar üzərində işlərin qurulması və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırmaq üçün növbəti mərhələ kimi 2021-2025-ci illəri əhatə edən daha dərin iqtisadi islahat proqramının inkişafına başlanılıb. Ümumilikdə əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcək.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti