Bakıda iki yeni vəkil bürosu təsis ediləcək
Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb, bundan başqa, Bakı şəhəri 28 və 29 saylı vəkil bürolarının təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilib.
Bundan əlavə, iclasda “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin ölkədə keçirilməsi nəzərdə tutulan “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsinə sponsorluq edilməsi barədə müraciətinə baxılıb, VK-nın qeyd olunan müsabiqəyə maliyyə dəstəyi göstərməsi qərara alınıb.
İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Azvision.az
Teqlər: Vəkilllər-Kollegiyası