Əfqan Muxtarlı aclığı dayandırıb, səhhəti normaldır

Əfqan Muxtarlı aclığı dayandırıb, səhhəti normaldır
  25 Sentyabr 2019    Oxunub:2600
Həbsdə olan jurnalist Əfqan Muxtarlı aclıq aksiyasını dayandırıb.

Bu barədə Azvision.az -a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib. O bildirib ki, hazırda Əfqan Muxtarlının səhhəti normaldır, hər hansı bir narahatlıq yoxdur.
Xatırladaq ki, Əfqan Muxtarlı qaçaqmalçılıq, sərhədi qanunsuz keçmək və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib. O, məhkəmənin qərarı ilə 6 il müddətinə həbs cəzasına məhkum edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Əfqan-Muxtarlı  





Xəbər lenti