400 dollarlıq cərimə məsələsinə aydınlıq gətirildi - VİDEO

400 dollarlıq cərimə məsələsinə aydınlıq gətirildi -   VİDEO
  25 Sentyabr 2019    Oxunub:3280
Dövlət Avtomobil Nəqliyyatı Xidməti qanunsuz sərnişin daşıma ilə məşğul olan Gürcüstan vətəndaşı ilə qurumun müfəttişi arasında baş verən dialoq və 400 dollarlıq cərimə məsələsinə aydınlıq gətirib.
Azvision.az -ın məlumatına görə, DANX-ın Hüquqi təminat və nəzarət işinin təşkili şöbəsinin müdiri Fuad Məmmədov bildirib ki, bir neçə gün əvvəl sosial şəbəkədə yayılan videoda müfəttişin Gürcüstan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə ölkə daxilində qeyri-qanuni sərnişin daşımasını icra edən Gürcüstan Respublikasının vətəndaşına məlumat üçün səsləndirdiyi 400 dollarlıq cərimə haqqında ictimaiyyət arasında çaşqınlıq yaradan informasiyalar yayılıb.

“Məlumat üçün deyim ki, "Dövlət Rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələrinə dair 24-cü maddəsinin 24.6-cı bəndinə müvafiq olaraq rüsumun məbləği 400 dollardır".



Azvision.az



Teqlər: DANX  





Xəbər lenti