Cəlilabadda yanğın olub, xəsarət alan var

Cəlilabadda yanğın olub, xəsarət alan var
  25 Sentyabr 2019    Oxunub:2563
Sentyabrın 25-də səhər saat 06:00 radələrində Cəlilabad rayonunun Üçtəpə kəndində vətəndaş Təhməzov Maarif Abdultalıb oğluna məxsus evdə qazdan istifadə qaydalarının pozulması səbəbindən yanğın hadisəsi baş verib.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, nəticədə evin mətbəx hissəsi yanıb, ev sahibi isə yanıq xəsarətləri alıb.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti