Türkiyədə polislərə hücum edilib - Yaralılar var

Türkiyədə polislərə hücum edilib -   Yaralılar var
  25 Sentyabr 2019    Oxunub:3429
Türkiyənin Adana vilayətində çevik polis əməkdaşlarını daşıyan avtobusa bombalı hücum edilib.

Azvision.az xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər yaralanıb. Ölüm faktının qeydə alınmadığı bildirilir. Əraziyə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Hadisənin kimlər tərəfindən törədildiyi araşdırılır.


Teqlər: Türkiyə   Polis  





Xəbər lenti