Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu

   Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu
  25 Sentyabr 2019    Oxunub:2058
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Tərtər rayonu, Təzəkənd sakini Elxan Mehdiyevin müalicəsinə dəstək göstərəcək.
Azvision.az xəbər verir ki, 1992-ci ildə Ağdərə rayonu uğrundakı döyüşlərdə şəhid olan Elman Mehdiyevin oğlu Elxan Mehdiyev kəskin bronxial astmadan əziyyət çəkdiyindən müalicəsinə kömək göstərilməsi üçün müraciət edib.

Elxan Mehdiyev hazırda Tərtərdə ağır mənzil-məişət şəraitində yaşadığından Heydər Əliyev Fondu ailə üçün qısa müddətdə yeni evin inşasını da həyata keçirəcək.

Azvision.az



Teqlər: HeydərƏliyevFondu  





Xəbər lenti