Rumıniya və Krit adasında zəlzələ olub

Rumıniya və Krit adasında zəlzələ olub
  24 Sentyabr 2019    Oxunub:4880
Rumıniyada bir gündə 2,4 bal və 3,3 bal gücündə zəlzələ baş verib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, təkanların birincisi Buzau rayonunda 116 kilometr dərinlikdə qeydə alınıb. İkinci təkan isə Vranşa bölgəsində 136 kilometr dərinlikdə 3,3 bal gücündə olub. Xəsarət alan olmayıb.

Bundan başqa Krit adasında da 5 bal gücündə zəlzələ baş verib. Afina Geodeziya İnstitutunun verdiyi məlumata əsasən, təkanın episentri 20,1 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Azvision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti