“ASAN xidmət”ə 33 milyona yaxın müraciət daxil olub

 “ASAN xidmət”ə 33 milyona yaxın müraciət daxil olub
  24 Sentyabr 2019    Oxunub:4808
"Bu günə qədər "ASAN xidmət" mərkəzlərinə 33 milyona yaxın müraciət daxil olub. Azərbaycan əhalisinin sayı 10 milyondur. "ASAN xidmət"ə edilən müraciətlərin sayının 33 milyon olması göstərir ki, vətəndaşlar dəfələrlə müraciət ediblər"
Azvision.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda deyib.

Ü.Mehdiyev qeyd edib ki, indiyədək vətəndaşlar təqdim edilən 320-dən artıq xidmətdən istifadə ediblər. Onun sözlərinə görə, "ASAN xidmət" mərkəzlərində vətəndaşlara təqdim edilənlər xidmətlərdən mənnunluq səviyyəsi 98-99 faiz aralığındadır.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: ASAN-Xidmət   Ülvi-Mehdiyev  





Xəbər lenti