Erməni zabiti döydürən qubernator istefa verir

Erməni zabiti döydürən qubernator istefa verir
  24 Sentyabr 2019    Oxunub:2387
Ermənistanın Vayotsdzor əyalətinin qubernatoru Trdat Sarkisyan tezliklə istefa verəcəyini bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə qubernator "Facebook" səhifəsində məlumat paylaşıb. O, istefaya səbəb kimi 18 sentyabr tarixində ordu zabitinin döyülməsi ilə nəticələnən qalmaqalı göstərib.

Hazırda Ermənistanın Baş Prokurorluğu Sarkisyanın polkovnik-leytenant Ara Qriqoryanın döyülməsində iştirak edib-etməməsini araşdırır. Qubernator isə hadisədə iştirakçı olmadığını iddia edir.

Buna baxmayaraq,o, bölgədə baş tutan strateji təlimlərdən, yəni oktyabrın 5-dən sonra dərhal qubernator vəzifəsindən istefa verəcəyini söyləyib.

Qeyd edək ki, Ermənistanın Vayotsdzor əyalətinin qubernator köməkçisi Arutyun Qriqoryan ordu zabiti, polkovnik-leytenant Ara Qriqoryana ağır xəsarət yetirdiyi üçün həbs olunub. Sentyabrın 18-də gecə saatlarında baş vermiş hadisə ilə əlaqədar qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti