Gəlinini balta ilə öldürən qayınata tutuldu

  24 Sentyabr 2019    Oxunub : 1414
 Gəlinini balta ilə öldürən qayınata tutuldu
Ötən gün Bakının Xəzər rayonunun Binə qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

Azvision.az -ın məlumatına görə, Füzuli rayon sakini, 1962-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov Südçülük sovxozu adlanan ərazidə yaşayan gəlini, 4 azyaşlı uşaq anası olan 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanın baş nayihəsinə balta ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib.
Prokurorluq və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.Məhərrəmov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az

Teqlər: Qətl   Bakı   Binə