Məşğulluq Xidməti vətəndaşlara səyyar xidmət göstərir

Məşğulluq Xidməti vətəndaşlara səyyar xidmət göstərir
  23 Sentyabr 2019    Oxunub:1990
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluq mərkəzlərinə gəlmək imkanı olmayan vətəndaşlar üçün səyyar xidmət davam edir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, artıq 6 rayonda səyyar xidmət həyata keçirilib. Belə ki, Nəsimi, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarında məşğulluq mərkəzlərinə gəlmək imkanı olmayan vətəndaşlara özünüməşğulluq proqramı və digər aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, layihələrə qoşulmaq istəyənlərin qeydiyyatı aparılıb.

Tədbirdə rayon İcra Hakimiyyətlərinin nümayəndələri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak edib.

Səyyar xidmət zamanı vətəndaşların sualları cavablandırılıb, onlara özünüməşğulluq layihəsinin əhəmiyyəti, müraciət qaydaları izah edilib. Həmçinin əmək bazarında tələbat olan və peşə hazırlığı kurslarında tədris olunan peşələrlə bağlı məlumat verilib.

Azvision.az


Teqlər: Məşğulluq  





Xəbər lenti