Narkotiki təbliğ edən şəxs həbs edildi

Narkotiki təbliğ edən şəxs həbs edildi
  23 Sentyabr 2019    Oxunub:3025
Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğ etməsini əks etdirən videogörüntü yayılıb.
DİN-nin mətbuat xidmətindən Azvision.az -a verilən məumata görə, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Nəticədə narkotiki təbliğ edənin Rafiq Qulizadə olması müəyyən edilib və saxlanılıb. Onun üzərində aparılan şəxsi axtarış zamanı 0, 335 qram marixuana aşkar edilib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O, Məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti