Amma böyük ehtimalla, həmin debat heç vaxt baş tutmayacaq. Çünki hər iki partiya sədri sadəcə, özünün deməli olduğunu deyir, öz rolunu oynayır və heç birinə nəyisə sübut etmək mümkün deyil. Belədə, debat nəticəsində hər ikisi ancaq mövqeyini zəiflədəcək, xal itirəcək, heç birinin nəsə qazanmaq şansı isə yoxdur. Bu sadə səbəbdən də, heç vaxt debata çıxmayacaqlar.
Kirpi.info yumor saytı Kərimli-Məmmədov debatını görmək istəyənlərin istək və arzularını nəzərə alaraq, o müzakirəni cizgi filmində təsvir edib. Aşağı-yuxarı, yəqin ki, həmin söhbət simvolik olaraq məhz belə də keçəcəkdi. Buyurun, izləyin.
Teqlər:
Əli-Kərimli
İlqar-Məmmədov
Debat