ABŞ-da silahlı şəxs 6 nəfəri güllələyib

ABŞ-da silahlı şəxs 6 nəfəri güllələyib
  22 Sentyabr 2019    Oxunub:5219
ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində silahlı insident baş verib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, silahlı şəxsin insanlara hücumu nəticəsində 6 nəfər yaralanıb. Yaralılar arasında polis əməkdaşları və yeniyetmələrin də olduğu bildirilir. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hazırda hadisəni törədən şəxslərin axtarışları aparılır. Cinayətin hansı səbəbdən baş verdiyi məlum deyil.

Azvision.az



Teqlər: ABŞ   Atışma  





Xəbər lenti