Gömrükdə növbəti siqaret əməliyyatı

Gömrükdə növbəti siqaret əməliyyatı
  21 Sentyabr 2019    Oxunub:1687
Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz MI 320" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, nəqliyyat vasitəsinin arxa sağ qanadının altında 2025 ədəd "Belomorkanal" markalı papiros və avtomobilin alt hissəsindəki hər iki ramanın içərisində 16000 ədəd "Heets" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.





Azvision.az


Teqlər: Gömrük   Siqaret  





Xəbər lenti