Nazirlikdən güclü küləklə bağlı xəbərdarlıq
Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
"Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar, güclü külək nəticəsində iri gövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsıyə edirik ki,
diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar.Uşaqları güclü küləkli havada nəzarətsiz həyətə buraxmasınlar".
Azvision.az