Fuad Qəhrəmanlı istefa verdi

 Fuad Qəhrəmanlı istefa verdi
  21 Sentyabr 2019    Oxunub:7240
Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini vəzifəsindən istefa verib.

Azvision.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində məlumat yayıb. F.Qəhrəmanlı son hadisələrə görə peşman olduğunu bildirib.
Xatırladaq ki, F.Qəhrəmanlının qızı Selcan Yağmur "Facebook" səhifəsində atası barədə sensasion məlumatlar yayıb. Anası və özünün fiziki zorakılığa məruz qaldığını deyən gənc qız bu səbəbdən atasından imtina etdiyini bildirib.

Yaşanan xoşagəlməz hadisələrlə əlaqədar F.Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Belə ki, Qəhrəmanlı Zümrüd İsrafil qızı cari ilin avqustun 1-də nigahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon məhəkəməsində iddia qaldırıb. Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

Azvision.az



Teqlər: Fuad-Qəhrəmanlı   AXCP  





Xəbər lenti