Ermənistan ordusunun polkovniki döyülüb

  20 Sentyabr 2019    Oxunub : 1212
 Ermənistan ordusunun polkovniki döyülüb
Ermənistanın Vayotsdzor əyalətinin qubernator köməkçisi Arutyun Qriqoryan ordu zabiti, polkovnik-leytenant Ara Qriqoryana ağır xəsarət yetirdiyi üçün həbs olunub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan məlumat verib. O bildirib ki, sentyabrın 18-də gecə saatlarında baş vermiş hadisə ilə əlaqədar qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Abramyanın sözlərinə görə, prokurorluğun nəzarəti altında hadisənin aydınlaşdırılması, hüquqi qiymət verilməsi üçün tam, obyektiv və hərtərəfli araşdırma aparılır.

"Qubernatorun özünün də hadisədə mümkün iştirakı tam olaraq yoxlanılır", - deyə Abramyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl erməni KİV-ləri Qriqoryanın döyülməsində qubernator Trdat Sarkisyanın iştirak etdiyini yazırdı.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Həbs   Ermənistan